[b]“Neftçi”nin vitse-prezidenti istefa verdi [/b]
24.04.2014 - 12:08
[b]“Neftçi”nin vitse-prezidenti istefa verdi [/b]

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov klubdan ayrıla bilər. Apasport.az saytının əldə etdiyi məlumata görə, Süleymanov artıq istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib.

 

Onun komandadan ayrılmasının səbəbi isə Topaz Premyer Liqasında XX turunda “Xəzər Lənkəran”la 2:2 hesabı ilə başa çatan oyunla bağlıdır. Belə ki, Süleymanov oyundan sonra verdiyi açıqlamalarında baş hakim Rəhim Həsənovu qərəzli qərarlarda suçlamışdı. Buna görə də İntizam Komitəsi onu 10 oyunluq cəzalandırmışdı. Üstəlik, klub Süleymanovun bu əməlinə görə 20 min pul cəriməsi ödəməli idi.

 

Qeyd edək ki, Tahir Süleymanovun cəza müddəti başa çatsa da, indiyə kimi para cəzası ödənilmədiyi üçün onun tribunadan matçı izləmək ixtiyarı yoxdur. 

0