Dünya çempionatının erotik himni hitə çevrildi – VİDEO
20.05.2014 - 03:41
Dünya çempionatının erotik himni hitə çevrildi – VİDEO

 

Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi himninin videoklipinə “youtube” portalında 3 gün ərzində 12 milyon dəfə baxılıb. Apasport.az saytının məlumatına görə, klipdə son illərin dünya çempionatlarının ən parlaq anları Braziliya karnavalının fonunda əks olunub.

 

Himni amerikalı reper Pitbull, məşhur müğənni Cenifer Lopes və braziliyalı müğənni Klaudia Leyte ifa edirlər. Planlaşdırıldığına görə, mahnı mayın 12-də dünya çempionatının açılış mərasimi zamanı San-Pauludakı “Arena Korintians”da ifa olunacaq. Çempionatın bağlanış mərasimində isə mahnını Karlos Santana və Aleşandre Pires ifa edəcəklər.

 

Mahnı “We are one” (“Biz birik”) adlanır. Qeyd edək ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən mundialın “Waka, Waka” adlı himnini Şakira ifa edib. Ümumiyyətlə isə dünya çempionatlarının ən populyar himni 1998-ci ildə Fransada Riki Martin tərəfindən ifa olunan “La Copa de la Vida” hesab olunur.

 

 

0