DÇ-2014: Ən yaşlı 5 futbolçu
10.06.2014 - 17:25
DÇ-2014: Ən yaşlı 5 futbolçu

Braziliyada keçiriləcək dünya çempionatında bəzi futbolçu və məşqçilər rekord göstəriciləri ilə yadda qala bilər. Apasport.az saytının xəbərinə görə, Almaniya yığmasının hücumçusu Miroslav Kloze, Kolumbiya millisinin qapıçısı Ali Farid Mondraqon və İspaniya yığmasının baş məşqçisi Visente del Boske tarixə düşməyi hədəfləyir.

 

Almaniya millisi ilə 4-cü dəfə DÇ-də iştirak edəcək 36 yaşlı Miroslav Klozenin 2 rekorda gözünü dikib. Əvvəlki mundiallarda 14 qol vuran polşaəsilli futbolçu 1 dəfə fərqlənərsə, DÇ-lərin ən məhsuldar hücumçusu olan braziliyalı Ronaldoya çatacaq, növbəti qol isə onun rekorda imza atması demək olacaq. Bundan başqa, Kloze vurduğu qolla braziliyalı Pele və almaniyalı Uve Zeeler ilə 4 mundialda fərqlənmiş futbolçu adına sahib çıxacaq.

 

DÇ-lərin ən qolçu oyunçuları
 

Futbolçu

Ölkəsi

Qol

Qatıldığı DÇ-lər

Ronaldo

Braziliya

15

1998, 2002, 2006

Miroslav Kloze

Almaniya

14

2002, 2006, 2010

Herd Müller

Almaniya

14

1970, 1974

Jüst Fonten

Fransa

13

1958

Pele

Braziliya

12

1958, 1962, 1966, 1970


DÇ-lərdə bugünədək 19 maça çıxan Kloze Braziliyada daha 6 görüşə çıxacağı halda, yeni bir rekorda da ortaq olacaq. O, bununla digər almaniyalı Lotar Matteusa çatacaq. Almaniya yığmasının yarımfinala kimi çıxması onların daha bir matç əlavə (final və ya III yer uğrunda matç – red.) oynamasına səbəb olacaq. Kloze həmin görüşdə də meydana çıxarsa, rekorda imza atacaq.

 

DÇ-lərdə ən çox forma geyənlər
 

Oyunçu

Ölkəsi

oyun

Lotar Matteus

Almaniya

25

Paolo Maldini

İtaliya

23

Dieqo Maradona

Argentina

21

Uve Zeeler

Almaniya

21

Vladislav Jmuda

Polşa

21

Kafu

Braziliya

20

Qjeqoj Lato

Polşa

20

Ronaldo

Braziliya

19

Miroslav Kloze

Almaniya

19

Volfqanq Overat

Almaniya

19

Karl-Haynts Rummeniqe

Almaniya

19

Berti Foqts

Almaniya

19


1971-ci ilin iyunun 21-də doğulan “Qalatasaray”ın sabiq qapıçısı Ali Farid Mondraqon Braziliyada forma geyinəcəyi halında kamerunlu Rocer Milladan rekord ünvanını ələ keçirəcək. Milla ABŞ-94-də Rusiyaya qarşı oynayanda 42 yaş 1 ay 8 günlük idi. Mondraqon Kolumbiya yığmasının qapısında David Ospinanın əvəzinə meydana çıxsa, Millanın 20 illik rekordu qırılacaq.


Bundan başqa, Mondraqon Xorvatiyanın baş məşqçisi Niko Kovaç (15 oktyabr 1971) və Kot-dİvuarın çalışdırıcısı Sabri Lamuşidən (9 noyabr 1971) daha yaşlı futbolçu olaraq mundialda yer alacaq.


DÇ-lərdə ən yaşlı 5 futbolçu 
 

Futbolçu

Ölkəsi

Tarix

Yaş

Rocer Milla

Kamerun

1994

42 yaş 1 ay 8 gün

Pet Cenninqs

Ş.İrlandiya

1986

41

Piter Şilton

İngiltərə

1990

40 yaş 9 ay 19 gün

Dino Zoff

İtaliya

1982

40 yaş 4 ay 13 gün

Ali Bumnijel

Tunis

2006

40 yaş 2 ay 10 gün

 

“Beşiktaş”ın sabiq baş məşqçisi Visente del Boske ardıcıl 2-ci dəfə İspaniya ilə dünya çempionu olmağa çalışacaq. Belədə o, italiyalı Vittorio Potsonun 1934 və 1938-ci illərdə qazandığı ardıcıl 2 çempionluq uğuruna ortaq olacaq. Del Boske 76 illik bu rekorda ortaq olmaq üçün hər şeyi edəcək.

 

0