“Hakim Braziliyanın uduzmasını istəmirdi”
13.06.2014 - 12:11
“Hakim Braziliyanın uduzmasını istəmirdi”

“Hamıya eyni sual verilir – hakimlik haqqında. Bəli, bu, əsl hakim qətli idi!” Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Dario Srna deyib.

 

Millisinin və Donetsk “Şaxtyor”unun müdafiəçisi də dünya çempionatının Braziliya – Xorvatiya oyununda (3:1) nəticəyə təsir edən hakim idarəçiliyi haqqında danışıb. 32 yaşlı futbolçu Fair-Play qaydalarının pozulduğunu söyləyib.

 

Srnanın sözlərinə görə, yaponiyalı referi bu cür görüşü idarə etməyə layiq deyil: “Dünya çempionatını belə şəkildə açmaq yaxşı deyil. Demirəm ki, Braziliya yığmasında günah var. Günah təkcə hakimdədir. Hər gün hamı “Fair-Play” haqqında yazır və danışır. Məndə “Fair Play” sözü yazılmış kapitan sarğısı var. Bəs o hardadır, mən bunu görmürəm! Bu hakim belə səviyyədə olan matçlarda idarəçilik etməyə layiq deyil. Fəxr edirəm ki, yığmamız DÇ kimi möhtəşəm turniri açdı. Və onunla da qürur duyuram ki, biz Braziliya ilə oynadıq. Üzücü haldır ki, hakim Braziliyanın uduzmasını istəmirdi”.

 

0