Hollandiyadan əzmkar qələbə
18.06.2014 - 21:54
Hollandiyadan əzmkar qələbə

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında qrup mərhələsinin II turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, türkiyəli hakim Cüneyt Çakır ilk dəfə iş başında olub.


Onun idarə etdiyi görüşdə isə A qrupunun ilk oyunlarında qələbə qazanmış 2 komanda üz-üzə gəlib. Latın Amerikası derbisində beşqat dünya çempionu olan Braziliya Meksika ilə turnir cədvəlinin lideri olmaq üçün mübarizə aparıb. Qalib gələn komanda 1/8 finala erkən vəsiqə qazana bilərdi. Amma tərəflərin səyinə baxmayaraq, oyunda hesab açılmayıb.

H qrupunda isə hələ I turun ikinci görüşü keçirilib. Ötən seçmə mərhələdə rəqibimiz olmuş şimal qonşularımız Cənubi Koreya ilə görüşüb. Favorit Fabio Kapellonun yetirmələri göstərilsə də, oyunda hesabı koreyalılar açıb. Amma ruslar tez bir zamanda özlərinə gələrək cavab topunu vurublar. Matç 1:1 hesabı ilə başa çatıb.

B qrupunda da II turun oyunlarına start verilib. İlk oyununda dünya və Avropa çempionları İspaniyanı 5:1 hesabı ilə darmadağın etməklə çoxlarını təəccübləndirən Hollandiya bu dəfə Avstraliya ilə qarşılaşıb. Oyundan əvvəl “narıncılar”ın bu matçda qalib gələcəyi şübhə doğurmasa da, matç gərgin alınıb. Hesabı hollandlar açsa da, avstraliyalılar 1 dəqiqə sonra hesabı bərabərləşdiriblər və  ikinci hissənin əvvəlində "yaşıl qitə" nümayəndələri irəli çıxıblar. Amma Hollandiya millisinin təcrübəsi özünü göstərib. Oyun 3:2 hesabı ilə Hollandiyanın xeyrinə başa çatıb. 

18 iyun
A qrupu

Braziliya – Meksika - 0:0
Hakim: Cüneyt Çakır (Türkiyə)
Fortaleza. “Kastelan” stadionu

Braziliya: Sezar, Alves, Silva, Luiz, Marselo, Paulinyo, Fred, Neymar, Oskar, Ramires, Qustavo

Meksika: Ocoa, Rodriqes, Marques, Herrera, Layun, Dos Santos, Moreno, Quardado, Peralta, Aguilar, Vasques
 

Braziliya

2

1

1

0

3-1

4

Meksika

2

1

1

0

1-0

4

Kamerun

1

0

0

1

0-1

0

Xorvatiya

1

0

0

1

1-3

0



H qrupu
Rusiya - Cənubi Koreya - 1:1

Qollar: Kerjakov, 74 - Lee, 68

Hakim: Nestor Pitana (Argentina)
Kuyaba. “Arena Pantanal”

Rusiya: Akinfeyev, İqnaşeviç, Berezutski, Yeşenko, Kombarov, Qluşakov, Şatov, Jirkov, Səmədov, Fayzulin, Kokorin

Cənubi Koreya: Jung, Yun, Kim, Son, Park, Lee, Koo, Nan, Ki, Lee, Hong

 

Belçika

1

1

0

0

2-1

3

Cənubi Koreya

1

0

1

0

1-1

1

Rusiya

1

0

1

0

1-1

1

Əlcəzair

1

0

0

1

1-2

0

 


B qrupu
Avstraliya – Hollandiya - 2:3

Qollar: Keyxell, 21; Jednak, 54 (pen) - Robben, 20; van Persi, 58; Memphis, 68

Hakim: Camel Haymudi (Əlcəzair)
Portu-Aleqri. “Beyra-Rio” stadionu

Avstraliya: Ryan, Davidson, Keyxell, Spiranoviç, Letske, Qar, Jedinak, MakKay, MakGovan, Vilkinson, Breskiano

Hollandiya: Cilessen, Vlaar, De Virj, İndii, Blind, De Yonq, Janmaat, De Guzman, Van Persi, Sneyder, Roben

Hollandiya

2

2

0

0

8-3

6

Çili

2

2

0

0

5-1

6

Avstraliya

2

0

0

2

3-6

0

İspaniya

2

0

0

2

1-7

0

0