Yossi Benayun “Simurq”la oyundan danışdı
21.07.2014 - 13:31
Yossi Benayun “Simurq”la oyundan danışdı

“Çətin şəraitdə keçən matçda qələbə qazanmaq həmişə xoşdur”. Apasport.az saytının məlumatına görə, bunu Hayfa “Makkabi”sinin kapitanı Yossi Benayun bildirib.

 

“Simurq” dünən Avstriyada keçirdiyi ilk yoxlama oyununda vaxtı ilə “Qarabağ” və “Xəzər Lənkəran”ın avrokuboklarda qarşılaşdığı Hayfa “Makkabi”si ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. İsrail yığmasının və “Makkabi”nin kapitanı Benayun qarşılaşma haqqında fikirlərini bildirib: “Oyundan oyuna artırırıq. Məşqlərdə inadla çətinliklərə sinə gərib çalışmağımızı davam etdirəcəyik. Futbolda ürəklə və ağılla oynamaq vacibdir”.

 

Yeri gəlmişkən, “Liverpul”, “Çelsi” və “Arsenal”ın sabiq futbolçusu dünyada və ölkədəki siyasi durumlardan dolayı insan itkilərinə də toxunub: “Biz, Hayfa “Makkabi”si olaraq vəfat edənlərin ailələrinə başsağlığı, yaralananlara isə tez sağalmağı arzu edirik”.

 

Qeyd edək ki, “Simurq”un qapısına qolları müdafiəçi Dekel Keynan (27) və hücumçu Alon Turqeman (71) vurub. Zaqatala təmsilçisinin yəhudi oyunçusu İdan Vaytsmanın 62-ci dəqiqədə meydandan qovulub.

0