Neymar: Futboldan başım çıxmır
21.07.2014 - 22:11
Neymar: Futboldan başım çıxmır

 

Braziliya yığmasının hücumçusu Neymar komandasının dünya çempionatındakı çıxışını qiymətləndirməyə çalışıb. Apasport.az sayının məlumatına görə, futbolçu oyun taktikası baxımından ekspert olmadığını bildirib.

 

Neymar baş məşqçinin konkret səhvləri barədə danışa bilməyəcəyini vurğulayıb: “Mən futbolun taktikasını bildiyimi söyləyə bilmərəm. Biz məşqçinin tələblərini yerinə yetirməyə çalışırdıq. Mən özüm də milli komandaya eyni futbolçuları dəvət edərdim”.

 

Braziliyalı hücumçu yığma komandanın ən yüksək qiymətləndirməyə layiq olmadığını bildirib. Eyni zamanda o, çıxışlarını tam uğursuz adlandırmağın da əleyhinə çıxış edib: “Biz imtahan verdik. Bizim çıxışımızın yekununu 10 ballıq cədvəllə 6-7 bal kimi qiymətləndirmək olar. Hazırda bizim futbolumuz ispan və ya alman futbolundan geri qalır”.

 

 

0