Taffareldən bəyanat: “Qalatasaray”da qalıram
25.07.2014 - 05:29
Taffareldən bəyanat: “Qalatasaray”da qalıram

 

“Qalatasaray”ın qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel komandada gələcəyi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis klubu tərk etmək istəmədiyini bildirib.

 

Xatırladaq ki, Braziliya millisinin yeni baş məşqçisi Karlos Dunqa yığmada qapıçılar üzrə məşqçi postunun Taffrelə tapşırıldığını açıqlamışdı. Bundan sonra qəzetlər məşhur qapıçının “Qalatasaray”ı tərk edəcəyini yazmışdılar.

 

Taffarel etimada görə Dunqaya təşəkkür edib: “Təbii ki, Braziliya Futbol Konfederasiyasına da təşəkkür edirəm. Mənə təklif gəldi. Mən onlara “Qalatasaray”dakı işimi davam etdirmək istədiyimi dedim. Onlar da problem olmadığını bildirdilər. Braziliya yığması oynayan zaman gəlməyimi istədilər. Baş məşqçi Prandelli və klubumuzun başqanı ilə də görüşdüm. Onlar da etiraz etmədilər. Tərəfdarlarımız əmin olsunlar ki, “Qalatasaray”la davam edirəm. Digər tərəfdən, milli komandaya getmək də önəmlidir. Bu il hər iki işi bir yerdə icra edəcəyəm”.

 

 

0