Kordoba AZAL-la müqavilə imzaladı - FOTO
25.07.2014 - 15:18
Kordoba AZAL-la müqavilə imzaladı - FOTO

Türkiyənin Bolu şəhərində növbəti mövsümün hazırlıqlarını davam etdirən AZAL heyəti gücləndirməkdə davam edir. Apasport.az xəbər verir ki, “təyyarəçilər” baxışda olan daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb.

 

Paytaxt klubu kolumbiyalı hücumçu Con Enrike Kordoba heyətinə qatıb. O, 2 illik müqaviləyə imza atıb. 

 

Buna qədər Con yalnız Cənubi Amerikada top qovub. Venesuelanın “Deportivo Lara”, “Deportivo Petare”, “Samora”, “Truxilyanos”, Boliviyanın “Bolivar” klublarının şərəfini qoruduqdan sonra o vətəni Kolumbiyada “Deportivo Kukuta” və “Amerika de Kali”nin formasını geyinib.

 

Qeyd edək ki, AZAL bundan öncə Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov, Novruz Məmmədov, Orxan Lalayev, Eltun Yaqublu və Təmkin Xəlilzadəni heyətinə qatıb. 

0