Arif Daşdəmirov: Təəssüflənməmək mümkün deyil - MÜSAHİBƏ
25.07.2014 - 18:00
Arif Daşdəmirov: Təəssüflənməmək mümkün deyil - MÜSAHİBƏ

Avropa Liqasının II təsnifat mərhələsində İsveçin “Elfsborq” klubuna penaltilər seriyasında uduzan Bakı “İnter”inin futbolçusu Arif Daşdəmirovun apasport.az saytına müsahibəsi

 

- İlk görüşdə 1:0 hesabı ilə qalib gəlsəz də, evdə eyni hesabla uduzduz. Penaltilər seriyasında isə rəqib daha dəqiq oldu. Oyunla bağlı nə deyə bilərsiz?

- Nə deyə bilərəm? Ağır oyun oldu. 3-cü dəqiqədən sonra meydanda azlıqda qaldıq. Başa düşdüm, orda penalti var idi və hakim düzgün qərar verdi. Amma qırmızı vərəqə ağır cəza oldu. Çünki həmin epizodda sonuncu ümid faulu yox idi. Hakim yanlış qərarı üzündən 120 dəqiqəni azlıqda və təzyiq altında keçirdik.

 

- Qırmızı vərəqə ilə razılaşmırsınız?

- Təbii ki, razılaşmıram. Referinin penalti təyin etməsi ilə işim yoxdur. Ancaq başlanğıcda bu qərərı verməklə hakimlər bütün oyunumuzu korladılar. Yenə deyirəm, orda sonuncu ümid faulu yox idi. Rəqib hücumçunun yanında müdafiəçilərimiz dayanmışdı.

 

- Amma oyundan əvvəl belə söz-söhbət yayılmışdı ki, Gerogi Nikolovun yerliləri olan hakimlər briqadası ona görə komandamıza kömək edəcək..

- Açığı, bu haqda heç nə eşitməmişdik. İlk dəfə eşidirəm ki, bolqar hakim bizə kömək etsin.

 

- Azlıqda qalsanız da, rəqibdən çox qol epizodu yaratdınız.

- Bəli, üstünlük bizim tərəfimizdə idi. Xüsusilə də, əlavə olunmuş vaxtda real qol epizodları yaratdıq. Təəssüf ki, “çərçiə”yə düşə bilmədik. Penaltilər seriyası lotereyadır. Biz “Elfsborq”a lotereyada uduzduq. Buna görə təəssüflənməmək mümkün deyil.

 

- Oyuna hazırlaşan zaman peanltirlə seriyasını məşq etmişdiniz?

- Məşqdə vursan da, bəzən oyun zamanı bu alına da bilər, alınmaya da. Yenə deyirəm, səfərdəki oyunda 2-3 top fərqi ilə qalib gəlmək imkanımız var idi. Amma vura bilmədik. Burda da hesabda geri düşsək də, özümüzə inanırdıq. Hakimin görüşün əvvəlindəki qərarı pis təsir etdi. Faktiki hücumçusuz oynadıq.

 

- Neçə ildir “İnter”dəsiz. İndiyə qədər iki mərhələ adlaya bilməmisiniz. Bu uğursuzluq nədən qaynaqlanır?

- Bu suala konkret cavab verə bilməyəcəm. Məncə, bəxtimiz gətirmir...

0