“Samsunspor”a uduzub, “Tarsus İdman Yurdu” ilə oynayacaq
26.07.2014 - 10:33
“Samsunspor”a uduzub, “Tarsus İdman Yurdu” ilə oynayacaq

Ərzurumda təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” ilk yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, rəqib ötən mövsüm Türkiyə Super Liqasına yüksəlmək uğrunda pley-offda mübarizə aparan “Samsunspor” olub.

 

İlk hissədə əsas heyətlə meydana çıxan “qırmızı-ağlar” 27-ci dəqiqədə hesabı açıb. Ramal Hüseynovun başladığı hücumu Azər Məmmədov davam etdirib. Onun sağ cinahdan asmasını David başla qapıdan keçirib - 1:0. Bundan sonra Naxçıvan təmsilçisi hesabı artırmağa yaxın olub. Tərlan Xəlilovun mükəmməl zərbəsi qapı dirəyinə tuş gəlib.

 

İkinci hissədə isə Əsgər Abdullayev heyəti tam olaraq dəyişdirib. Əvvəlcə, 58-ci dəqiqədə Fatih Kılıçkaya “status-kvo”nu bərpa edib - 1:1. 7 dəqiqə sonra Ercan Yazıcı türk klubuna qələbə qazandıran qola imza atıb.

 

“Araz-Naxçıvan” - “Samsunspor” – 1:2

 

Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti oyunu bu gün keçirəcək. Rəqib isə “Tarsus İdman Yurdu” klubudur. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0