“Neftçi” – “Çixura” oyununun biletləri satışda
28.07.2014 - 15:18
“Neftçi” – “Çixura” oyununun biletləri satışda

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Çixura" (Gürcüstan) matçının biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı izləmək istəyənlər 1 və ya 10 manat ödəməli olacaq.

 

Belə ki, adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. Biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır.

 

Qeyd edək ki, iyul ayının 31-də keçiriləcək "Neftçi" - "Çixura" görüşü saat 20:00-da başlayacaq.

 

 

0