“Atletiko” Fransa yığmasının futbolçusunu aldı
28.07.2014 - 21:19
“Atletiko” Fransa yığmasının futbolçusunu aldı

 

“Atletiko Madrid” klubu Fransa yığmasının və “Real Sosyedad”ın hücumameylli yarımmüdafiəçisi Antuan Qrizmannı sıralarına qatıb. Apasport.az saytının məlumatına görə, bu barədə Madrid klubunun saytında bildirilir.

 

Qrizmann ən yaxın müddətdə tibbi müayinədən keçəcək və bundan sonra “Atletiko” ilə 4 illik müqavilə bağlayacaq. Madridlilərin fransız futbolçuya görə 30 milyon avro ödəyəcəyi bildirilir.

 

Qrizmann ötən mövsüm İspaniya çempionatında 35 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Dünya çempionatında isə Fransa millisinin heyətində bütün 5 oyuna çıxıb.

0