İlkə imza atmaq üçün üçüncü cəhd
29.07.2014 - 15:14
İlkə imza atmaq üçün üçüncü cəhd

Azərbaycan klubları Çempionlar Liqasının III təsnifat mərhələsində qələbə qazana bilməyib. Apasport.az saytının məlumatına görə, Avstriyanın “Zalsburq” klubunu qəbul edəcək “Qarabağ” buna nail olan ilk komanda kimi tarixə düşə bilər.

 

Belə ki, təmsilçilərimizin qitənin ən nüfuzlu klub turnirindəki bütün qələbələri ilk iki mərhələdə qeydə alınıb. “Qarabağ”a qədər iki komanda bunu gerçəkləşdirməyə cəhd edib.

 

2009-cu ildə bir rəqibini adlayan “Bakı” III təsnifat mərhələsində Bolqarıstan “Levski”si ilə görüşdü. Təmsilçimiz nəinki qalib gəldi, heç qol da vura bilmədi – 0:2, 0:0.

 

2012-ci ildə İsrail “Hapoel”i ilə qarşılaşan “Neftçi”nin də taleyi eyni oldu. Kiryat-Şmona klubu ilə qarşılaşmalarda bakılılar məğlubiyyət və heç-heçəylə ayrıldı – 0:4, 2:2.

 

Uduzduğu üçün Avropa Liqasının pley-off mərhələsinə yollanan paytaxt klublarının taleyini yaşamamaq, Çempionlar Liqasında mübarizəni davam etdirmək üçün “Qarabağ” bu mərhələdəki ilk qələbəmizi qazanmalıdır.

0