Avropa çempionatında ikinci yer - FOTO
18.08.2014 - 08:57
Avropa çempionatında ikinci yer - FOTO

İsveçrənin Sürix şəhərində keçirilən atletika üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan millisi 1 medal qazanıb. Komandamızın heyətində Hayle İbrahimov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

 

Milliləşdirilmiş legionerimiz 5000 metr məsafəni 14:08.32 dəqiqəyə qaçaraq, finiş xəttinə ikinci çatıb. İbrahimov çempion fransalı Farah Məhəmmədə 2,50 saniyə uduzub. Bürünc medal isə böyük britaniyalı Andi Vernona (14:09.48) qismət olub.

 

Qeyd edək ki, İbrahimovun uğuru sayəsində Azərbaycan komanda hesabında Norveçlə 21-22-ci yerləri bölüşüb.

0