Azərbaycan çempionatının püşkü atıldı
29.08.2014 - 15:45
Azərbaycan çempionatının püşkü atıldı

Futbol üzrə Azərbaycan çempionatının I divizionunun 2014/2015 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 16 komandanın mübarizə aparacağı yarışda ilk turun cütləri bəlli olub.

 

İlk turun oyunları sentyabrın 6-7-də keçiriləcək. Qarşılaşmaların dəqiq tarixləri isə yaxın günlərdə açıqlanacaq.

 

I tur

6-7 sentyabr

“Lokomotiv” – “Şuşa”
“Zirə” – MOİK
“Ağsu” – “Neftçala”
“Mil-Muğan” – “Göyəzən”
“Bakılı” – “Rəvan”
“Şəmkir” – “Turan-T”
“Qaradağ Lökbatan” – “Energetik”
“Kəpəz” – “Şahdağ”

0