Turun son günündə xallar yarı bölündü - YENİLƏNİB
16.09.2014 - 00:50
Turun son günündə xallar yarı bölündü - YENİLƏNİB

İngiltərə Premyer Liqasında IV turun oyunları sona çatıb. Apasport.az saytının məlumatına görə, ilk matç günündə 8 qarşılaşma reallaşıb.

 

“Arsenal” evində “Mançester Siti” ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib – 2:2.

 

Lider “Çelsi” isə dogma publika önündə “Suonsi”ni üstələyib. Baş məşqçi Joze Mourinyonun yetirmələri Dieqo Kostanın 3, Reminin isə tək qolu ilə 4:2 hesablı qələbə qazanıb. Bu həmçinin London klubunun çempionatda 4-cü qələbəsi olub.

 

“Liverpul” – “Aston Villa” görüşündə isə qonaqlar minimal hesablı qələbəyə sevinib.

 

Çempionata uğursuz başlayan “Mançester Yunayted” evində KPR-ı sınağa çəkib. Görüşdə “qırmızı şeytanlar” rəqibini darmadağın edib – 4:0.

 

“Hall Siti” – “Vest Hem” görüşündə də qapılara 4 top vurulub. Hərəyə iki dəfə fərqlənən komandalar xalları yarı bölüb.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasına 12 xalla “Çelsi” başçılıq edir. “Zadəganlar”dan 2 xal geri qalan “Aston Villa” 2-ci pilədə qərarlaşıb. 9 xalı olan “Suonsi” isə 3c-ü yerdədir.

 

İngiltərə Premyer Liqası

IV tur

13 sentyabr

“Arsenal” – “Mançester Siti” – 2:2

Qollar: Ulşer, 63, Sançes, 74 – Aquyero, 28, Demiçelis, 83

 

“Çelsi” – “Suonsi” – 4:2

Qollar: Kosta, 45; 56; 67, Remi, 81 – Terri, 11-avtoqol

 

“Kristal Palas” – “Barnli” – 0:0

 

“Stok Siti” – “Lester” – 0:1

Qol: Ulloa, 64

 

“Sanderlend” – “Tottenhem” – 2:2

Qollar: Cohnson, 4, Kin, 82-avtoqol – Çadli, 2, Eriksen, 48

 

“Vest Brom” – “Everton” – 0:2

Qollar: Lukaku, Mirallas, 66

 

“Liverpul” – “Aston Villa” – 0:1

Qol: Aqbonlahor, 10

 

 

14 sentyabr

”Mançester Yunayted” – KPR - 4:0

Qol: Di Mariya, 24, Herrera, 36, Runi, 44, Mata, 58

 

 

15 sentyabr

“Hall Siti” – “Vest Hem” - 2:2

Qol: Hernandes, 39, Diame, 66 - Valensia, 50, Davies, 67-avtoqol

0