[b]Kristof Qaltye “Qarabağ”la oyunu xatırladı[/b]
22.09.2014 - 00:23
[b]Kristof Qaltye “Qarabağ”la oyunu xatırladı[/b]

"Erkən qol vurmağa çalışırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent-Etyen” klubunun baş məqşçisi Kristof Qaltye deyib.

 

Fransa təmsilçisi ölkə çempionatının VI turunda səfərdə azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans”la üz-üzə gəlib. Qarşılaşmadan sonra təcrübəli məşqçi rəqiblərini minimal hesabla (1:0) məğlub etmələrinə şərh verib.

 

“Qol vurmaqda çox çətinlik çəkdik. Daha sonra vəziyyəti düzəltməyi bacardıq. Fasiləyə qədər istədiyimiz oyun alınmadı. İkinci yarıda isə səylərimizi artırıb, qol vurduq. Çünki qələbəyə layiq idik. Bizim üçün çox yaxşı həftə oldu. Həm Avropa Liqasında “Qarabağ”la oyunda qol buraxmadıq, həm də bu görüşdə. Rəqiblərimizi asanlıqla məğlub etməyi bacararıq, buna şübhə belə yoxdur. Daha da ciddi oynamaq lazımdır” – deyə, Qaltye bildirib.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” matçı 0:0 hesabı ilə yekunlaşmışdı.

 

0