[b]“Qrupumuzun favoritləri Çin və Yaponiya yığmalarıdı” - FOTO[/b]
23.09.2014 - 08:13
[b]“Qrupumuzun favoritləri Çin və Yaponiya yığmalarıdı” - FOTO[/b]

“İtaliyada olmaq fərəh hissi yaradır. Çünki Belçikanın qadınlardan ibarət millisi 36 illik tarixi ərzində ilk dəfə dünya çempionatında oynayacaq”. Apasport.az saytının məlumatına görə, bunu Belçika milli komandasının baş məşqçisi Gert van de Bruk deyib.

 

Təcrübəli mütəxəssis İtaliyada bu gün start götürəcək qadın voleybolçular arasında dünya çempionatı öncəsi fikirlərini açıqlayıb. Azərbaycan, Kuba, Çin, Yaponiya və Puerto-Rika yığmaları ilə D qrupunda yer alan mütəxəssis “altılıq”da favoritlərini də açıqlayıb: “Qrupumuzda Çin və Yaponiya favoritlərdir. Bizi çətin oyunlar gözləyir. Amma ümid edirik ki, ikinci mərhələyə vəsiqə qazana biləcəyik. Bundan sonra mümkün qədər irəliləməyə çalışacağıq”.

 

Qeyd edək ki, Azərbaycan – Belçika matçı sentyabrın 27-də olacaq.

0