“Ona ən böyük hədiyyəmiz qələbə olacaq”
01.10.2014 - 16:53
“Ona ən böyük hədiyyəmiz qələbə olacaq”

“Bu gün məşqçimizin ad günüdür. Ona ən böyük hədiyyəmiz sabahkı oyunda qələbə olacaq”. Apasport.az xəbər verir ki, bu sözləri İtaliyanın “İnter” klubunun hücumçusu Mauro İkardi deyib.

 

Avroliqanın qrup mərhələsində sabah “Qarabağ”la qarşılaşacaq Milan təmsilçisinin forvardı matç haqqında fikirlərini bildirib: “Oyunun əhəmiyyətini dərk edirik. Çalışacağıq ki, qələbə qazanaq və azarkeşlərimizi sevindirək. Bilirik ki, çətin oyun olacaq. Amma vəzifəmizi yerinə yetirməliyik. Bütün komanda Avroliqada bir matçın nə dərəcədə vacib olduğundan xəbərdardır”.

 

İkardi hücum xəttində hansı futbolçu rahat oynamağı ilə bağlı verilən suala belə cavab verib: “Dani Pablo və Rodriqo Palasio? Hər iki futbolçu güclüdür. Mənim üçün fərq etməz hansı ilə oynayım. Hər ikisi komanda üçün vacib futbolçulardır”.

0