[b]Messi Ronaldoya çatdı[/b]
21.10.2014 - 23:50
[b]Messi Ronaldoya çatdı[/b]

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Ayaks”l görüşdə fərqlənən Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının hücumçusu hazırda davam edən və Kataloniya klubunun 2:0 hesabı ilə öndə olduğu oyunda matçın 24-cü dəqiqəsində rəqibi cəzalandırmağı bacarıb.

 

 

“Barsa”nın qarşılaşmada 2-ci topunu vuran Messi ÇL-də qollarını sayını 69-a çatdırıb. Həmçinin Lionel bu qolların sayəsində, kataloniyalıların əzəli rəqibi “Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldoya da çatmış olub.

 

Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox fərqlənən oyunçu “Real”ın sabiq hücumçusu Raul Qonzalesdir. Veteran futbolçu rəqib qapılarından 71 top keçirb. Messi və Ronaldonun Raula çatması üçün isə 2 qolu lazımdır.

0