[b]Berti Foqts: Bütün təkliflərə açığam[/b]
22.10.2014 - 19:06
[b]Berti Foqts: Bütün təkliflərə açığam[/b]

“Ştutqart”dan heç kim mənimlə əlaqə saxlamayıb”. Apasport.az saytının məlumatına görə, bunu millimizin sabiq baş məşqçisi Berti Foqts deyib.

 

Almaniya Bundesliqasının klubu olan “Ştutqart” Fredi Bobiçin ayrılmasından sonra boş qalmış idman direktoru postuna namizədləri sınayır. Namizədlər arasında Berti Foqtsun olduğu da deyilir.

 

Foqts klubda hər hansısa bir işdə çalışmağa razı olduğunu, ancaq “Ştutqart”dan onunla əlaqə saxlanılmadığını bildirib: “İşləmək üçün mənim hələ vaxtım var. Nə vaxt və harda işə başlayacağımla bağlı konkret fikrim yoxdur. Mən bütün təkliflərə açığam”.

 

Qeyd edək ki, Berti Foqts millimizin oktyabrın 13-də Xorvatiyaya 0:6 hesabı ilə darmadağın olunduğu görüşdən sonra istefa verib.

0