Millimiz elit mərhələdə! - YENİLƏNİB
29.10.2014 - 00:45
Millimiz elit mərhələdə! - YENİLƏNİB

Bu gün 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində III turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan milli komandamız növbəti matçına çıxıb.

 

Belçikada keçirilən seçmə mərhələnin ilk turunda meydan sahiblərinə 0:3 hesabı ilə uduzub, İsveçrəni 2:1 hesabı ilə məğlub edən Mirbağır İsayevin yetirmələri bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gəlib. Millimiz növbəti mərhələyə adlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi ki, buna da nail olmayıb.

 

Belə ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. II yerin taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada isə Bosniya və Herseqovina millisi daha dəqiq oynayaraq, 4 xalla qrupu 2-ci pillədə başa vurub.

 

X qrupun digər oyunda isə İsveçrə Belçika ilə qarşılaşıb. Matçda turnirin təşkilatçıları 1:0 hesabı ilə uduzub.

 

Beləliklə, növbəti mərhələyə Belçika və Bosniya və Herseqovina komandaları adlayıb. Millimiz isə ən yaxşı III yeri tutan 5 komandadan biri olub və elit mərhələyə vəsiqə qazanıb.

 

 

U-17-lər arasında AÇ-nin ilkin seçmə mərhələsi

28 oktyabr

İsveçrə - Belçika - 1:0

QOL: Quillemenot, 40

 

Bosniya və Herseqovina – Azərbayca - 1:1

Penaltilər seriyası - 4:3

QOLLAR: Denis Zeriç,11 - Orus İsmayılov, 26

Eisden (Belçika). Patro Eisden stadionu

Baş hakim: Rob Rogers (İrlandiya)

Baş hakimn köməkçiləri: Mark Gavin (İrlandiya), Florian Lemaire  (Belçika)

Dördüncü hakim: Jan Krieken (Belçika)

UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya)

 

BOSNİYA VƏ HERSEQOVİNA: 1.Valentino Joviç, 2.Sandy Huşiç, 3.Branko Bajiç, 4. Mato Staniç, 5.Nikola Gavriç, 7. Amar Suljiç, 8. Denis Zeriç, 9. Ajdin Mujagiç, 10. Zinedin Mustedanagiç (k), 14. Mirza Mustafiç, 16. Mijo Miletiç

Ehtiyat oyunçular: 12. Dino Çizmiç, 6. Toni Nikiç, 11. Ermedin Demiroviç, 13. Sandi Ajaniç, 15. Besim Şerbeçiç, 17. Alen Deliç, 18. Seid Behram

Baş məşqçi: Sakib Malkoceviç 

 

AZƏRBAYCAN: 1. Tural Osmanov, 2. Ruslan Bediyev, 5. Xəyal Əmirli, 6. Kazım Birkan, 7. Nicat Süleymanov, 8. Yusif Cəfərov, 9. Qara Qarayev, 11. Orus İsmayılov, 13. Hacıağa Hacıyev (k), 14. Kənan Zülfüqarov, 22. Amin Seydiyev

Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 15. Emin Quliyev, 16. Elçin Əsədov, 19. Ravil Yusifov, 21. Fərid Nəbiyev

Baş məşqçi: Mirbağır İsayev

 

 

X qrup

1

Belçika

3

2

0

1

7-2

6

2

Bosniya və Herseqovina

3

2

0

1

2-5

4

3

Azərbaycan

3

1

0

2

3-5

4

4

İsveçrə

3

1

0

2

2-3

3

0