“Araz Naxçıvan” kimi rəqiblər təhlükəli olur”
29.10.2014 - 17:09
“Araz Naxçıvan” kimi rəqiblər təhlükəli olur”

“Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdir. Düşündüyümüz oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu deyib.

 

Topaz Premyer Liqasının X turunda keçirilən oyunda “Qəbələ” səfərdə “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Rumıniyalı çalışdırıcı bildirib ki, rəqibin itirəcəyi bir şey yox idi: “Belə komandalar təhlükəli olur. Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq. Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq,  oyunu sakit izləyə bilərdik”.

0