Cavid İmamverdiyev 83 dəqiqə forma geyindi
23.11.2014 - 23:31
Cavid İmamverdiyev 83 dəqiqə forma geyindi

Türkiyə PTT I liqasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" 21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq futbolçusu Timur Temeltaşın formasını geyindiyi "Altınordu"nu qəbul edib.

 

Matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

 

İmamverdiyev meydana start heyətində çıxıb və 83-cü dəqiqədə David Kılınç tərəfindən əvəzlənib. "Altınordu"un üzvü Timur isə yenə meydana çıxmayıb.

 

Qeyd edək ki, "Elazığspor" 10 turdan sonra 15 xalla turnir cədvəlinin 6-cı, "Altınordu" 11 xalla 10-cu pilləsində yer alır. 

0