[b]Arif Əsədov: Vobay topu hücumda kimə ötürəcəkdi?[/b]
24.11.2014 - 19:45
[b]Arif Əsədov: Vobay topu hücumda kimə ötürəcəkdi?[/b]

“Xəzər Lənkəran” – “Neftçi” oyunları hәmişә seçilir. Bu gün dә onu gördünüz. Komandam xarakter göstәrdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

O bildirib ki, Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran”la səfər oyununda (2:2) qazanılan 1 xal yetirmələrinin xarakter göstərməsinin nəticəsidi: “Son dәqiqәlәrdә 8 nәfәrlә qaldıq. Amma qol vura bildik. Hamıya, futbolçulara da tәşәkkür edirәm. Hakimliklә bağlı heç nә danışmaq istәmirәm”.

 

Əsədov Emil Balayevin qırmızı vәrәqә almasından sonra Ernest Nfor deyil, Julius Vobayı әvәzlәməsinə də aydınlıq gətirib: “Meydanda bir hücumçu var idi. Nfor cıxsaydı, ön xətdə kim oynayacaqdı? Vobay qalıb topu hücumda kimə ötürəcəkdi?”.

 

Əsədov həmin vəziyyətdə Ruslan Qurbanovu hücuma çәkә bilməsinə də toxunub: “Bizdә sırf nominal hücumçu Nfor vә Kanalesdi”.

 

Əsədov Araz Abdullayevin cəzalanmasına da münasibət bildirib: “Araz bizә lazımlı futbolçudu. Onu qovmaq kimi bir niyyәtimiz yoxdu. Sadәcә,  cәza kodekslәri var. Onlar yerinә yetirilmәlidi. Onu kәsib atmaq olmaz. Çünki belә futbolçunun qazanmaq lazımdı, itirmәk yox. Elvin dә Araz kimi addın armışdı. Onu “18-lik”dən çıxardıq. Belә futbolçularla mütamadi söhbət edirik”. 

0