Autsayderlər Prosineçkiyə də lazım olmadı
28.11.2014 - 14:54
Autsayderlər Prosineçkiyə də lazım olmadı

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki Topaz Premyer Liqasının daha 3 oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis XIV turunda noyabrın 29-da keçiriləcək “Bakı” – “İnter”,  və “Neftçi – “Qəbələ” oyunlarını, ertəsi gün isə “Simurq” – “Qarabağ” qarşılaşmasına stadiondan baxacaq.

 

Prosineçki yalnız bir matçı izləməyəcək ki, bu da autsayderlər – “Sumqayıt”la AZAL-ın görüşüdür

 

Mənbə: affa.az

0