[b]Əsgər Abdullayev: Milli komandanı çalışdırmaq təklifi almışam[/b]
18.12.2014 - 16:04
[b]Əsgər Abdullayev: Milli komandanı çalışdırmaq təklifi almışam[/b]

“Araz Naxçıvan”ın sabiq baş məşqçisi Əsgər Abdullayevin işsiz günləri qısa çəkə bilər. Bu barədə apasport.az saytına açıqlamasında təcrübəli mütəxəssisin özü məlumat verib.

 

O bildirib ki, yeni ildən 21 yaşadək futbolçulardan ibarət yığmanı çalışdırmağa yaxındı: “Məşqçilər Komitəsinin üzvləri mənimlə əlaqə saxlamışdılar. Mənə verdikləri “U-21-in baş məşqçisi işləyərsən” sualını müsbət cavablandırdım. Amma təbii ki, bu məsələdə son sözü AFFA rəhbərliyi deyəcək”.

 

Qeyd edək ki, Əsgər Abdullayev 2000-2002-ci illərdə U-21 yığmamızı çalışdırıb.

0