Dimitar Berbatov milliyə qayıdır
18.12.2014 - 18:27
Dimitar Berbatov milliyə qayıdır

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Bolqarıstan yığması Dimitar Berbatovu geri qaytarmaq istəyir. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi İvaylo Petev “Monako”nun təcrübəli hücumçusuna dəvət göndərmək niyyətindədi. Gənc çalışdırıcı yığma karyerasını 2010-cu ildə bitirən Berbatovla görüşəcək: “Onun kimi futbolçuya həmişə ehtiyac olur. Berbatovla görüşüb, bu məsələni müzakirə edəcəm. Söhbətin necə nəticələnəcəyini bilmirəm. Amma milliyə qayıtsa, çox sevinərəm”.

 

Bolqarıstan – Azərbaycan matçı gələn il, oktyabrın 13-də keçiriləcək. Seçmə mərhələnin ilk turu çərçivəsində Bakıda baş tutan görüşdə isə bolqarlar 2:1 hesablı qələbə qazanıblar. 

 

 

0