[b]Səlahət Ağayev: Mən hakimdən ofsayd qərarı gözləyirdim[/b]
19.12.2014 - 00:01
[b]Səlahət Ağayev: Mən hakimdən ofsayd qərarı gözləyirdim[/b]

“Oyuna yaxşı başlamışdıq. Üstünlük tərəfimizdə olsa da, hesabı “Neftçi” açdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in kapitanı Səlahət Ağayev deyib.

 

Paytaxt derbisində “Neftçi” ilə qarşılaşan “bankirlər” üstün oyun nümayiş etdirsələr də, fasiləyə məğlub yollandılar. Matç zamanı süni ofsayd yaratmaq istəyərkən, meydan sahibləri səhvə yol verdi. Qapıçı ilə üzbəüz qalan Nikolas Kanales isə bu səhvi bağışlamadı.

 

Qarşılaşma haqda danışan meydan sahiblərinin kapitanı qələbənin sirrini açıqladı: “Tez toparlandıq. Xüsusilə, əvəzetmələrdən sonra oyuna qoşulan futbolçular sanki komandaya güc verdi. Kollektiv oyun sayəsində qələbə qazandıq”.

 

Qapıçı buraxılan qolda səhvinin olub-olmamasına da toxunub: “Komanda qol buraxırsa, bu qapıçının səhvi kimi göstərilir. “Neftçi”nin vurduğu qol zamanı anlaşılmazlıq yarandı. Bir qədər duruxa-duruxa qaldım. Çünki hakimdən ofsayd gözləyirdim”.

 

2014-cü ilə “Qəbələ” ilə duellə yekun vuracaq “İnter”in məqsədi yenə 3 xal qazanmaqdı. Kapitan ili major notlarla qapamaq istədiklərini deyib: “Hazırlaşmaq üçün vaxtımız azdı. Maraqlı oyun olacaq. Onlarda baş məşqçi dəyişkliyi olduqdan sonra indi daha yaxşı oynayırlar. Bizim də “Neftçi” ilə qarşılaşmadan qalib ayrılmağımız yaxşı oldu. Səfərə qalib əhval-ruhiyyədə yollanacağıq”.  

 

0