Dünya çempionu məşqçiliyə Meksikada başlayır
19.12.2014 - 01:25
Dünya çempionu məşqçiliyə Meksikada başlayır

İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionu olmuş Mauro Kamoranezi Meksikanın II divizionunun lideri “Koras Tepik”in baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, bu, yayda futbolçu karyerasını başa vuran 38 yaşlı mütəxəssis üçün ilk məşqçi işi olacaq.

 

Argentinada doğulan Kamoranezi Avropaya köçməmiş futbolçu kimi Meksikanın “Santos Laquna” və “Krus Asul” klublarında çıxış edib.  

 

Qeyd edək ki, “Yuventus”dakı (2002-2010) çıxışı ilə məşhurlaşan Kamoranezi 2003-2010-cu illərdə İtaliya millisinin heyətində forma geyinib. O, 55 oyunda meydana çıxıb və 5 qol vurub.

0