[b]2016 [/b]
02.05.2017 - 14:41
[b]2016 [/b]

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümündəki tamaşaçı sayı bəlli olub. Apasport.az saytının məlumatına görə, 28 turda baş tutan 112 oyunu 225 min 774 tamaşaçı izləyib.

 

Nəticəsi ləğv olunan “Zirə” – “Neftçi” matçını da nəzərə alsaq, orta tamaşaçı sayı 2016-ya bərabər olub.

 

Mövsümün tamaşaçılarının yarıdan çoxu “Kəpəz”in ev oyunlarına təsadüf edib. Gəncə təmsilçisi 14 ev qarşılaşmasında 113 min 338 tamaşaçı toplayıb. Qərblilərin orta göstəricisi 8096-ya bərabərdi.

 

Bölgə klubları cədvəlin ilk yarısında – 1-4-cü yerlərdə qərarlaşıbsa, paytaxt təmsilçilərin son sıralarda yer alıb. 2-ci pillədə “Qarabağ” qərarlaşıb. Ağdamlılar liderdən təxminən 4,5 dəfə geri qalır. 3-cü sırada “Sumqayıt”, 4-cü pillədə isə “Qəbələ” yer alıb.

 

Bakı təmsilçiləri arasında ən yaxşı nəticə “Neftçi”yə məxsusdu. Azarkeşləri “Neftçi”nin cari mövsümdə öyünə biləcəyi yeganə məqamdı. Çempionatda 7-ci olan komanda azarkeşlərinə görə 5-cidi. Hər oyunda “ağ-qaralar”ı 1200 nəfər izləyib.

 

Digər üç komanda isə bu rəqəmdə 1000-ə həsrət qalıb. Ən az sevilən klub AZAL-dı. Autsayder “Zirə” və “İnter”ə də həsəd aparır. AZAL-ın 14 oyunda yığdığı ümumi azarkeş sayı “Kəpəz”in bir matç üçün orta göstəricisindən aşağıdı.

 

Qeyd edək ki, mövsümün rekordu VI turun “Kəpəz” – “Qarabağ” matçında qeydə alınıb. Həmin oyunu 14 min 238 nəfər seyr edib. Ən az tamaşaçının izlədiyi üç oyunun hərəsində 150 tamaşaçı olub.

 

 

yer

klub

tamaşaçı

oyun

orta

1

Kəpəz

113338

14

8096

2

Qarabağ

25650

14

1832

3

Sumqayıt

19872

14

1419

4

Qəbələ

19700

14

1407

5

Neftçi

16800

14

1200

6

Zirə

13800

14

986

7

İnter

11484

14

820

8

AZAL

5130

14

366

 

 

225774

112

2016

 

0