[b]Azərbaycan klubunun kapitanı dəqiqləşdi - FOTO[/b]
03.11.2016 - 17:39
[b]Azərbaycan klubunun kapitanı dəqiqləşdi - FOTO[/b]

Azərbaycanı şahmat üzrə klublararası Avropa çempionatında təmsil edəcək kişilərdən ibarət “Odlar Yurdu” komandasının kapitanının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, noyabrın 5-13-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək yarışda bu vəzifəni yenə Emil Sutovski yerinə yetirəcək.

 

Bakıda doğulan zəka sahibi əvvəlki illərdə olduğu kimi lazım olanda şahmat taxtası arxasına da keçəcək. Yarış üçün heyətə onunla yanaşı, Rauf Məmmədov (2678), Arkadi Naydiç (2684), Eltac Səfərli (2694), Teymur Rəcəbov (2710), Nicat Abasov (2565), Vasif Durarbəyli (2608) və Qədir Hüseynov (2629) sifariş edilib. Lakin son anda onlardan hansınınsa səfərə yollanmayacağı istisna deyil. Orta reytinqi 2669 xal olan klubumuz çempionata qatılacaq 64 komanda arasında 9-cudu. Siyahıya 2745 xalla “Siberya” (Rusiya) başçılıq edir.

 

Qeyd edək ki, qadınların turnirində mübarizə aparacaq qadınlardan ibarət “Odlar Yurdu”nu görüşlərə kapitan kimi Fikrət Sideyfzadə aparacaq. O, Novi Sadda həmyerlilərimiz - Zeynəb Məmməryarova (2338), Gülnar Məmmədova (2364), Nərmin Kazımova (2323), Günay Məmmədzadə (2371) və Aydan Höccətova (2316) “beşliyi”nə güvənəcək.

 

Komandamız orta reytinqinə əsasən çempionata gələcək 17 klub arasında 5-cidi – 2349 xal. Yarışın reytinq-favoriti isə Monakonun “Monte-Karlo” klubudu (2552). Bu komandanın heyəti Hou Yifan (Çin, 2649), Pia Kramlinq (İsveç, 2464), Almira Skripçenko (2456, Fransa), Mariya Muziçuk (2532) və Anna Muziçuk (hər ikisi Ukrayna, 2561) kimi qrossmeysterlərdən təşkil olunub.

 

Yığmamızın üçün Şəhriyar Məmmədyarovun (2762) isə yerli klubda deyil, ev sahiblərinin heyətində çıxış edəcək. Yarışdan imtina edən SOCAR-ın sabiq lideri Serbiyanın “Sveti Nikolay Srpski” oynayacaq. O, komandasının birinci lövhəsində mübarizə aparacaq.

0