2 May 11:40 Avropa Liqasında yenilik: hakimlərdən biri yerli olacaq
TOP OYUNLARI xəbərləri 2 May 11:40
725 baxış

Avropa Liqasında yenilik: hakimlərdən biri yerli olacaq

Avropa Voleybol Konfederasiyası (CEV) yeniliyə imza atıb. Apasport.az saytının məlumatına görə, bu ildən Avropa Liqasının qrup oyunlarını bir yerli hakim idarə edəcək.

 

Belə ki, ev sahibi olacaq komandanın görüşündə ikinci referi funksiyasını başqa ölkə təmsilçisi yerinə yetirməyəcək. Bu səbəbdən artıq qadınlardan ibarət Azərbaycan yığmasının avroliqadakı matçları idarə edəcək köməkçi hakimlər dəqiqləşib.

 

Millimizin Ukrayna ilə oyununda Eldar Əliyev ikinci referi olacaq. Portuqaliya ilə görüşdə Fikrət Axundov, Bolqarıstanla matçda isə Eldar Zülfüqarov iş başında olacaq.

 

Bakıda, Voleybol Mərkəzində keçiriləcək bu qarşılaşmalar müvafiq olaraq, mayın 19-da, 23-də və 30-da baş tutacaq.

Xəbər lenti