21 May 12:03 Azərbaycan – Portuqaliya matçını türkiyəli hakim idarə edəcək
TOP OYUNLARI xəbərləri 21 May 12:03
666 baxış

Azərbaycan – Portuqaliya matçını türkiyəli hakim idarə edəcək

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının II turunu idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 23-də olacaq Azərbaycan – Portuqaliya görüşünün də referiləri dəqiqləşib.

 

Belə ki, Voleybol Mərkəzində baş tutacaq qarşılaşmada əsas hakim funksiyasını türkiyəli Saadettin Deneri yerinə yetirəcək. Ona köməkliyi isə həmyerlimiz Fikrət Axundov edəcək.

 

Qeyd edək ki, matç saat 18:00-da başlayacaq.

Xəbər lenti