7 May 09:19 Çempionlar Liqasının qalibi müəyyənləşdi
TOP OYUNLARI xəbərləri 7 May 09:19
543 baxış

Çempionlar Liqasının qalibi müəyyənləşdi

Qadın voleybolçular arasında Çempionlar Liqasında yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Türkiyənin “Vakıfbank” klubu qazanıb.

 

Belə ki, yarımfinalda İtaliya “Konegliano”sunu 3:2 hesabı ilə məğlub edən İstanbul təmsilçisi həlledici görüşdə “Dördlər finalı”nın ev sahibi “Alba” ilə üz-üzə gəlib. “Vakıfbank” Rumıniya klubuna daha asan qalib gəlib – 3:0. Onlar bununla da 4-cü dəfə Çempionlar Liqasının ən güclüsü adına yiyələniblər.

 

Türkiyənin digər təmsilçisi – “Qalatasaray” isə dördüncü yeri tutub. 1/2 finalda “Alba”ya 1:3 hesabı ilə uduzan komanda bürünc medal uğrunda görüşdə “Konegliano” ilə də bacarmayıb. Onlar 0:3 hesabı ilə uduzduqlarından “üçlüy”ü italiyalılar qapayıb.

 

Qeyd edək ki, "Vakıfbank"ın hücumçusu Gözde Kırdar yarışın ən dəyərli oyunçusu seçilib. 

Xəbər lenti