20 Oktyabr 12:39 FİVB-dən Azərbaycana növbəti etimad
TOP OYUNLARI xəbərləri 20 Oktyabr 12:39
752 baxış

FİVB-dən Azərbaycana növbəti etimad

Sabah Bakıda voleybol məşqçilərinin seminarı öz işinə başlayacaq. Apasport.az saytının məlumatına görə, seminarda iştirak edəcək mütəxəssislər FİVB-nin I dərəcəli məşqçi sertifikatına yiyələnəcəklər.


Tədbir Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə əməkdaşlığı ilə keçiriləcək. Seminar FİVB tərəfindən göndərilən türkiyəli mütəxəssis Nejat Sancak tərəfindən aparılacaq. Beynəlxalq qurumun növbəti etimadı əsasında baş tutacaq kurslarda 31-ə yaxın məşqçinin iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, AVF seminarın keçirilməsi üçün texniki tərəfdən köməklik edəcək.

 

Xəbər lenti