[b]Natalya Məmmədova komandasını vahid lider etdi[/b]
29.12.2017 - 13:27
[b]Natalya Məmmədova komandasını vahid lider etdi[/b]

Qadın voleybolçular arasında Rusiya Superliqasında XI turun matçları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində qonşu ölkə çempionatında mübarizə aparan Azərbaycan millisinin oyunçuları da meydana çıxıblar.

 

Belə ki, yığmamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su Moskva “Dinamo”su ilə üz-üzə gəlib. Qarşılaşmada Tatarıstan təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb. Məmmədova görüşdə 20 xal toplamaqla, komandasının bombardiri olub.

 

Yığmamızın blokçusu Kseniya Poznyakın formasını geyindiyi “Leninqradka” da 3:1 hesablı qələbəyə sevinib. Onlar səfərdə “Yenisey”dən güclü olublar. Poznyak yenə start heyətində meydana çıxıb və sonadək oynayıb.

 

Beləliklə, XI turdan sonra Kazan “Dinamo”su 30 xalla vahid liderə çevrilib. Aktivində 13 xalı olan “Leninqradka” isə 7-cidi. 

0