2 Mart 18:06 Yığmamızın hücumçusunun rəqibi bəlli oldu
TOP OYUNLARI xəbərləri 2 Mart 18:06
215 baxış

Yığmamızın hücumçusunun rəqibi bəlli oldu

Qadın voleybolçular arasında Çempionlar Liqasında pley-off və yarımfinal mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının iştirak etmədiyi turnirdə yığmamızın hücumçusu Natalya Məmmədovanın çıxış etdiyi Kazan “Dinamo”sunun rəqibi bəlli olub.

 

Rusiya təmsilçisi 1/3 finalda İtaliyanın “Koneqlyano” klubu ilə qarşılaşacaq. Səfər matçını martın 20-22-də keçirəcək Natalya və komandası aprelin 3-5-də cavab oyununa çıxacaq.

 

Bu cütün qalibi Rumıniyada keçiriləcək “Dördlər finalı”nın yarımfinalında “Volero” (İsveçrə) – “Vakifbank” (Türkiyə) duelinin güclüsü ilə görüşəcək. Yarımfinal mayın 5-də baş tutacaq.

 

Xəbər lenti