[b]Yığmamızın oyunçularının avrokubok üzüntüsü[/b]
10.01.2018 - 10:10
[b]Yığmamızın oyunçularının avrokubok üzüntüsü[/b]

Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu görüşlərdə Azərbaycan millisinin üzvləri müxtəlif klubların heyətində meydana çıxıblar.

 

Belə ki, Anastasiya Qurbanovanın şərəfini qoruduğu Fransa “Venel”i Almaniya “Dresdner”ini qəbul edib. Ev sahibləri səfərdə olduğu kimi bu dəfə də 0:3 hesabı ilə uduzub və yarışla vidalaşıb. Qurbanova qarşılaşmada 7 xal toplamaqla, komandasının ən məhsuldar oyunçusu olub.

 

Millimizin blokçusu Olena Həsənovanın çıxış etdiyi Fransa “Le Kann”ı da 1/8 finala yüksələ bilməyib. İlk görüşdə 1:3 hesabı ilə məğlub olan komanda bu dəfə də eynihesabla uduzub. Həsənova matçda 12 xal yığıb. 

0