“Apasport”dan 71 UDUŞ: MÜTLƏQ REKORDLAR
17.04.2023 - 12:16
“Apasport”dan 71 UDUŞ: MÜTLƏQ REKORDLAR

“Apasport” proqnozsevərlərə kupon təklifini ötən həftə də uğurla davam etdirib. Aprelin 10-16-da keçirilən oyunlar üçün hazırlanan variantlardan 71-i uduşlu olub. 

Bu, yeni rekorddur. Bunadək 2023-cü ilin ən yüksək göstəricisi 63 uduşlu variant idi. Bu nəticə martın 13-19-da qeydə alınmışdı.

Qalib kuponların ümumi əmsalı 181,28-ə bərabər olub. Bu da yeni mütləq rekorddur. Martın 13-19-da qeydə alınan əvvəlki rekord 176,62-yə bərabər idi.

Ən uğurlu gün aprelin 14-ü olub. Həmin gün ayın tarixi ilə eyni olan sayda – 14 uduş yaşanıb. 48,77 əmsallıq ümumi uduş isə “Apasport”un yeni rekordudur.

Maraqlıdır ki, kupon sayındakı mövcud rekord və əmsalların cəmindəki əvvəlki yüksək göstərici də ayın 14-nə təsadüf edib. Martın 14-cü günündə 15 kuponun əmsalı 40,61 olub.

Daha bir rekord isə ikirəqəmli ədədlərlə bağlıdır. Həftənin yeddi günündən beşində qalib kupon sayı 10 və ya daha çox olub. Bu da yeni rekord göstəricidir. Ötən həftə başlayan “10+” seriya çərşənbə axşamı rekord həddə - 3-ə çatıbsa, həftəsonunun üç günündə həmin seriya təkrarlanıb.

10 aprel: 11 qalib kuponun əmsallarının cəmi 24,97
11 aprel: 12 qalib kuponun əmsallarının cəmi 28,32
12 aprel: 8 qalib kuponun əmsallarının cəmi 20,48-ə
13 aprel: 6 qalib kuponun əmsallarının cəmi 15,12
14 aprel: 14 qalib kuponun əmsallarının cəmi 48,77
15 aprel: 10 qalib kuponun əmsallarının cəmi 22,46
16 aprel: 10 qalib kuponun əmsallarının cəmi 21,06

0