Azərbaycanın ən güclü qrossmeysterləri Rusiya çempionatında keçirdikləri ilk görüşü heç-heçə başa vurublar
02.04.2008 - 17:58
Bakı. Kənan Həsənov-APA-Sport. Soçi şəhərində şahmat üzrə klublararası Rusiya Premyer Liqası start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, fərqli komandaların şərəfini qoruyan Azərbaycan qrossmeysterləri ilk görüşlərini heç-heçə başa vurublar. Teymur Rəcəbovun yer aldığı iddialı “Ural” Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” klubu ilə qarşılaşıb. T.Rəcəbovun ukraynalı Ruslan Ponomaryovla, Ş.Məmmədyarovun isə amerikalı Qata Kamski ilə görüşündə qalib müəyyənləşməyib. Milli komandamızın digər üzvü Vüqar Həşimovun çıxış etdiyi “Şatar-Metropol” isə FİNEK klubu ilə qarşılaşıb. Rəqibin lideri, rusiyalı Pyotr Svidlerlə oynayan qrossmeysterimiz heç-heçə etməyi bacarıb.
Qeyd edək ki, 12 komandanın dairəvi sistemlə mübarizə apardığı Premyer Liqa aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
Qeyd edək ki, 12 komandanın dairəvi sistemlə mübarizə apardığı Premyer Liqa aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0