Ən yaxşı halda 6-cı yer
25.07.2011 - 17:33
Bu gün Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası IX turda hələ də xala həsrət qalan Misir yığması ilə qarşılaşacaq.
Medal qazanmaq şansını itirən həmyerlilərimiz ən yaxşı halda 6-cı yerə ümid edə bilərlər. Bunun üçün Vladimir Tukmakovun yetirmələri qələbə qazanmalı, şahmatçılarımızdan 1 xal çox toplayan amerikalı zəka sahibləri isə ən azından heç-heçə etməlidirlər. Çünki təmsilçilərimizdən 2 xal geri qalan hindistanlılar və israillilər qələbə sayəsində belə əlavə göstəricilərə görə bizi qabaqlaya bilməyəcəklər.
Qeyd edək ki, VIII turdan sonra Ermənistan, Çin və Ukrayna milliləri çempionluq şansını saxlayırlar.
IX tur
AZƏRBAYCAN – MİSİR
UKRAYNA – ERMƏNİSTAN
MACARISTAN – ÇİN
HİNDİSTAN – RUSİYA
İSRAİL - ABŞ

- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
0
0