Mundial “kabus gün”də başlamayacaq
28.07.2011 - 12:46
FİFA növbəti dünya çempionatının final mərhələsinin startı ilə bağlı mövhumatçılığını nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu DÇ-2014-ün “kabus gündə”, yəni cümə 13-də başlamayacağını bildirib. Bu haqda məlumat verən FİFA-nın baş katibi Jerom Valke 3 il sonra Braziliyadakı mundiala iyunun 12-də başlamağı daha məqsədəuyğun saydıqlarını söyləyib.
Məlum olduğu kimi, cümə 13-ü uğursuz gün kimi qəbul olunur və daha çox qorxulu filmlərdə göstərilir. Dünya çempionatının final mərhələsi də adətən cümə günləri başlayır. Ancaq FİFA həmin tarixi bədbəxt gün kimi qəbul edərək, startı 1 gün əvvələ, yəni cümə axşamına çəkməyi qərara qalıb. Ancaq final oyunun keçiriləcəyi iyulun 13-ü cümə gününə düşmədiyindən, həmin gündə turnirə yekun vurulmasında problem olmayacaq.
Valke, həmçinin bildirib ki, final mərhələsinin tarixləri braziliyalı təşkilatçıların maraqları nəzərə alınaraq müəyyənləşdirilib. Onlar mundialı iyulun ortasından tez yekunlaşdırmaq istəməyiblər. Avropadakılar isə təqvimi nəzərə alaraq, final oyunun iyulun 6-da keçirilməsində maraqlı olublar.
Düzdür, turnirin açılış oyununun harada keçiriləcəyi hələ dəqiqləşməyib. Bunun San-Pauloda, “Korintians” klubunun stadionunda keçiriləcəyi gözlənilir ki, bunu hələ tikmək lazımdır. Valke açılış oyununun məkanı ilə bağlı oktyabrda qərar qəbul olunacağını söyləyib.
Final oyununun keçirilməsi ilə bağlı ən real variant Rio-de-Janeyroda şəhərindəki məşhur “Marakana” stadionu sayılır. Hazırda yenidən qurulan bu arena 100 min azarkeş tutumuna malikdir. Burada artıq 1 dəfə dünya çempionatının final oyunu keçirilib. Bu, 1950-ci ildə meydan sahibləri Braziliyanın Uruqvay yığmasına 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, FİFA prezidenti Yozef Blatter Braziliyada son vaxtlar dünya çempionatına hazırlıqla bağlı işlərin aktivləşdirildiyini və turnirin uğurlu keçiriləcəyini inandığı bildirib.

- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0