Belçika yığmasının sabiq futbolçusu “Araz-Naxçıvan”da
01.08.2023 - 10:07
Belçika yığmasının sabiq futbolçusu “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. 

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İsmail Azzaouini heyətinə qatıb.

Mərakeş əsilli yarımmüdafiəçi Belçika vətəndaşıdır. O, karyerası ərzində “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib. 

Qeyd edək ki, yarımmüdafiəçi “Anderlext” və “Tottenhem”in, həmçinin Belçika millisinin aşağı yaş qrupları üzrə komandalarında forma geyinib.

0