Kurban Berdıyev milli komandamızın baş məşqçisi ola bilər
01.02.2024 - 14:00
Kurban Berdıyev milli komandamızın baş məşqçisi ola bilər

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədlərdən biri də Kurban Berdıyevdir.

Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən vəzifə ətrafında Mahaçqala "Dinamo"sunun çalışdırıcısının adı hallanır. Bu barədə sport24.ru saytı məlumat yayıb.

Berdıyev artıq "Dinamo"dan ayrılır və bu gün futbolçularla da vidalaşacaq.

71 yaşlı mütəxəssisin yeni adresinin Azərbaycan milli komandası olacağı bildirilir.

Qeyd edək ki, təcrübəli məşqçi Mahaçqala klubundan əvvəl "Rubin", "Rostov", "Soçi" kimi komandalara rəhbərlik edib.

0