“Mançester Yunayted”, “Çelsi” və “Arsenal” Şeşko uğrunda mübarizə aparacaq
19.04.2024 - 10:39
“Mançester Yunayted”, “Çelsi” və “Arsenal” Şeşko uğrunda mübarizə aparacaq

"Leypsiq"in hücumçusu Benjamin Şeşko İngiltərə klublarından birinə keçə bilər.

Apasport.az xəbər verir ki, 20 yaşlı futbolçunun transferində bir neçə klub maraqlıdır.

Hücumçu uğrunda “Mançester Yunayted”, həmçinin Londonun “Çelsi” və “Arsenal” klubları mübarizə aparacaq. Şeşkonun "Leypsiq"lə müqaviləsində göstərilən təzminat məbləği 50 milyon avrodur. Futbolçunun yay "transfer pəncərəsi"ndə komanda dəyişməsi ehtimalı yüksəkdir.

Almaniya çempionatının bu mövsümündə Benjamin 26 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

0