Millimiz Belarusla yoxlama oyunu keçirib
04.02.2025 - 16:46
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da baş tutacaq.
0
0