Millimiz Şimali İrlandiya ilə qarşılaşacaq
12.10.2024 - 09:51
Millimiz Şimali İrlandiya ilə qarşılaşacaq

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyunu Farer adalarından olan Heini Ziskason Vidoy idarə edəcək.

Qeyd edək ki, F qrupunda 9 matç keçirən komandalardan Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikinci, Serbiya 13 xalla üçüncü, Lüksemburq 7 xalla dördüncü sıradadır.

8 qarşılaşmada 7 xal toplayan Şimali İrlandiya 5-ci, 3 xala malik Azərbaycanın U-21 yığması isə sonuncu pillədə qərarlaşıb.

0