"Neftçi" Polşadan hücumçu gətirir - ÖZƏL
27.07.2024 - 16:15
"Neftçi" Polşadan hücumçu gətirir - ÖZƏL

Xəbər verdiyimiz kimi, “Neftçi” heyətini “Anortosis”in sabiq forvardı Seku Qassama ilə gücləndirmək istəyir. 

Apasport.az saytına verilən məlumata görə, seneqallı forvardın keçidi baş tutmaya bilər. Buna səbəb maliyyə məsələsidir.

Bununla yanaşı “Neftçi” daha diqqətçəkən forvardlarla danışıq aparır. Onlardan birini Qassamadan daha yaxşı hesab etdikləri üçün məhz seneqallının transferindən imtina edə bilərlər. 

Belə ki, “ağ-qaralar”ın “Visla”(Krakov) klubunun hücumçusu Anxel Rodado ilə danışıq apardığı bildirilir. 27 yaşlı hücumçu “Malyorka B”, “İbiza”, “Barselona B” komandalarında oynadıqdan sonra 2022-ci ildə “Visla”ya keçib. O, gələn il iyunun 30-na qədər Krakov klubuna məxsusdur.

0